Bakıda qadınlara qarşı dələduzluq edilib.

Unikal.org Report-a istinadən xəbər verir ki, 61 yaşlı Nərminə Əliyeva, 42 yaşlı Samirə Məmmədova və 32 yaşlı Esmira Xəlilova polisə müraciət edərək, 2016-ci ilin dekabr ayında Aysel Aralbayevanın onlara qarşı dələduzluq etdiyini bildirib.

Belə ki, A.Aralbayeva N.Əliyevadan 15 000 manat, S.Məmmədovadan 4 000 manat və E.Xəlilovadan 10 000 manat pul alıb, lakin geri qaytarmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.