Azərbaycanda şüşə məmulatları istehsalçısı olan "İnterglass zavodunda bədbəxt hadisə baş verib.
Unikal.org xəbər verir ki, lent.az-ın məlumatına görə, Bakı-Ələt yolunda yerləşən zavodun işçisi, 58 yaşlı Vahib Yarov hündürlükdən yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.