Nigeriya Hərbi-Hava Qüvvələrinin səhvən qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində azı 100 nəfər ölüb.

Unikal.org-un "Reuters-ə istinadən verdiyi xəbərə görə, hökumət, "Boko Haram terror qruplaşmasının mövqelərinə endirilməsi planlaşdırılan aviazərbənin səhvən qaçqın düşərgəsinə endirildiyini etiraf edib.

Ölənlər arasında "Sərhədsiz həkimlər və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin də olduğu bildirilir.