ABŞ-ın Aydaxo ştatının sakini elektron siqaretdən istifadə edərkən, ağızında partlayıb, nəticədə dişi qırılıb, üzü yanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Endryu Holl-un işdə olan zaman başına gəlib. Şəkillərini sosial şəbəkələrdə paylaşaraq bildirib ki, bu hadisə siqareti atmaq istəyən şəxslər üçün stimul olacaq.