Astarada avtoqəza nəticəsində 4 nəfər xəsarət alıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Səlivə kəndi ərazisində qeydə alınıb. Kənd sakini 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi "VAZ-21011 markalı avtomaşını maniyəyə çırpıb.

Nəticədə sürücüdə daxil olmaqla 4 nəfər xəsarət alıb. Onlardan üçü Astara RMX, biri isə Lənkəran mərkəzi xəstəxanasına yerləşdirilib. 

Üç sərnişinin kimliyi hələlik məlum deyil.

Fakt araşdırılır.