Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1954-cü il təvəllüdlü Haqverdi Allahverdiyev dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.