Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

B ildirilib ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 48 yaşlı Eldar Əhmədov və onun həyat yoldaşı, 42 yaşlı Aysabah Əhmədova yaşadıqları evin hamamında dəm qazından zəhərləniblər. Ər hadisə yerində keçinib, A. Əhmədova isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti stabildir.

Faktla bağlı araşdırma aparılır.