Astara rayonunda ağır yol qəzası baş verib.

Unikal.org
Apa-ya istinadən xəbər verir ki, baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Astara rayonu, Şuvi kənd sakini, 1987-ci il təvəllüdlü Yüsif Mirəli oğlu Məmmədovu xilas etmək mümkün olmayıb.

Ağır kəllə-beyin travması alan şəxs gecə saatlarında vəfat edib.

Qeyd edək ki, hadisə Kijəbə qəsəbəsi ərazisində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Bəylər Amil oğlu İbrahimov idarə etdiyi "VAZ-21011 markalı avtomaşını maneəyə çırpıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Onlardan 4-ü Astara, biri isə Lənkəran Mərkəzi Rayon xəstəxanalarına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.