Bakıda zavodda faciəli hadisə baş verib.

Unikal.org bildirir ki, Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Sahil qəsəbəsində fəaliyyət göstərən "İnter Glass ASC-ə məxsus şüşə zavodunda qeydə alınıb. Orada usta işləyən, 1959-cu il təvəllüdlü Vahid Zəkəriyyə oğlu Yarov krandan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.