Bu gün Bakıda piyadanın ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, bu barədə Sabunçu rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Bildirilib ki, Çevik Polis Alayına məxsus "Fiat Doblo markalı avtomobil yolu keçən piyada Telman Hacıyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı RPİ-də araşdırma aparılır.