Bakıda 23 yaşlı qadın intihara cəhd edib.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Ş.Səmədov küçəsində yerləşən evlərin birində 1994-cü il təvəllüdlü D.Q intihar etmək məqsədilə müxtəlif növ dərmanlar içib. Bundan xəbər tutan yaxınları onu 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırıb.

Faktla bağlı araşdırma aparılır.