Ötən il Bakıda 69 avtoxuliqan barəsində tədbir görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, bu barədə yanvarın 19-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.
İdarə rəisi bildirib ki, yol hərəkətinə nəzarət prosesində 11,6 faiz az və ya 775 005, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 576 380, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 8290, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4269 inzibati xəta aşkarlanıb, habelə 69 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.