Tehranda "Plasko ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 30 nəfərin həlak olduğu ehtimal edilir.
Unikal.org xəbər verir ki, dağıntılar altında yanğınsöndürənlərlə yanaşı ticarət mərkəzində çalışan insanlar da qalıb.
Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb.
Tehran əyalətində fövqəladə vəziyyət elan edilib,xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilədağıntılar altında qalanların axtarışı davam etdirilir.
Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bina 1960-cı illərdə İranlı Yəhudi iş adamı Həbib Elghanian tərəfindən tikilib. 17 mərtəbəli "Plasko Tehranda tikilmiş ilk çoxmərtəbəli binadır.