Ukraynalı 28 yaşlı gənc qız xərçəngdən sağalmaqla bağlı kəşf irəli sürdü
Ukraynada əsl elm dühası peyda olub.
Unikal.org-un "segodnya.ua"ya istinadən verdiyi xəbərə görə, Kiyev Molekulyar biologiya və genetika İnstitutunun əməkdaşı, 28 yaşlı elmlər doktoruOlqa Brovaretsin xərçəng xəstəliyindən tam sağalmanı təmin etməyə ümid verən ixtirası dünyada əks-səda doğurub.
Məlumdur ki, hər bir insanın orqanizmində 23 cüt xromosom var. Onların hər birində canlı orqanizmdə olan bütün genetik informasiyaların qorunduğu DNT var. Formasına görə DNT burulmuş spiralı xatırladır. Əgər bu spiralı açsaq, aydın olacaq ki, onun dəqiq həndəsi quruluşu mövcuddur. Mutasiyaya uğramış cüt başqa cür görünür ki, onu da alimlər "donqar" adlandırırlar. Onlar orqanizmdə dəyişikliklər və xəstəlik yaratmaq üçün DNT-ni necə aldadırlar, spirala necə sığışırlar, bax bu, indiyə qədər elm üçün ağ ləkələr olaraq qalır.
Olqa bunun baş verdiyi qanunauyğunluğu hesablamağa nail olub. Bu mutasiya xərçəng və digər genetik təbiətli ağır xəstəliklərin səbəbidir. Buna görə də, 28 yaşlı ukraynalı qızın ixtirası əsl sensasiyadır. Bununla təkcə xərçəngə deyil, mutasiya ilə bağlı olan digər xəstəliklərə də qalib gəlmək mümkündür. Ukraynanın elmi isteblişmenti və KİV əmindir ki, bu ixtira Nobel mükafatı alacaq.
Hazırda bütün elmi jurnalları Olqa Brovaretsin kəşfi ilə bağlı yazır, Avropa ölkələri isə onu daimi vətəndaşlığa qəbul etmək üçün hər şeyə hazırdır.