Bakıda yolu keçmək istəyən ahıl ər-arvadı avtomobil vurub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.
Belə ki, Mehmandarov küçəsində 70 yaşlı Səfayət Əbdüləzimov və onun həyat yoldaşı 62 yaşlı Əhmədova Qaragöz İsa qızı yolu keçmək istəyərkən onları avtomobil vurub. Ağır xəsarət alan hər iki şəxs yoldan keçən digər sürücülərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.