Bakı şəhəri sakini, 1981-ci il təvəllüdlü, Əfəndiyev Rəşid Fərhad oğlu həyat yoldaşı və iki övladı ilə Şahdağa istirahətə gedərkən Qusar rayonu Çiləgir kəndi ərazisində yolun sürüşkən olması səbəbindən avtomobili ilə qəza törədib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsilə Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilən R.Əfəndiyevə "kəllə əsasının sınığı" diaqnozu qoyulub. O, tibbi sığortalı olduğundan müalicəsini davam etdirmək üçün öz istəyi ilə özəl klinikalarda birinə göndərilib.

Məlumata görə, hadisə zamanı avtomobildəki digər sərnişinlər xəsarət almayıb.

Faktla bağlı Qusar Rayon Polis Şöbəsində araşdırmalar aparılır.