İstanbulda hakim "Ədalət və İnkişaf Partiyasının (AKP) binası qumbaraatandan atəşə tutulub.

Unikal.org-un xəbərinə görə, bu barədə CNN Turk məlumat verib.

Bundan əvvəl İstanbulda naməlum şəxslər təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutub. İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb.