Bu gün Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 4 nəfər yanıq xəsarəti alıb. 

Qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 12:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.