Amerikalı jurnalist Napoleon Hil 500 milyonçu və milyarderlərin həyatını araşdırıb müqayisə etdikdən sonra onların uğur sirlərindən bəhs edən kitab yazıb.

Unikal.org xəbər verir ki, 80 il əvvəl jurnalist Napoleon Hil zəngin və uğurlu iş adamlarının həyatını araşdırmağa başlayıb. Uzun araşdırmalardan sonra jurnalist "Think and Grow Rich kitabını yazıb. Jurnalist kitabında milyonçuların bir çox ortaq cəhətləri olduğunu bildirib. Kitabda zəngin olmaq istəyən hər kəs üçün əsas 13 qayda qeyd olunub. Bu qaydalar arasında "Seksual çevrilmə sirri" xüsusi olaraq diqqət çəkib. Bu qaydaya görə eşq və ehtiras zəngin və uğurlu olmaq üçün açar elementlərdir. Hil bu vəziyyəti kitabında belə izah edib:

"Ehtiras insanın sahib olduğu ən böyük gücdür. Ən böyük nailiyyətləri əldə etmiş kişilər sevmək qabiliyyəti olduqca inkişaf etmiş insanlardır. Böyük sərvətə malik olan kişilər qadının həyatlarındakı təsirlərindən motivasiya alır.

Bu gün hələ də uğurlu insanlar eyni fəlsəfəni bölüşür. 1.1 milyard dollarlıq sərvəti olan "Facebook icraçı Direktoru Şeril Sendberqin də dediyi kimi: "Ən önəmli karyera seçimi kiminlə evlənməyindir".

Vaşinqton Universitetinin alimlərinin apardığı araşdırmaya görə, ağıllı və qayğıkeş tərəf müqabilinə malik olmaq daha yüksək maaşlı işdə çalışmaq şansını əhəmiyyətli dərəcədə artırır. Çünki ağıllı, mehriban və qayğıkeş ərlərinin karyeralarına daha çox diqqət yetirməsinə icazə verir, onları istəinilən halda dəstəkləyirlər. Ailə həyatında xoşbəxt olan insanlar evdə özlərinin daha rahat və huzurlu hiss etdikləri üçün işə gələndə daha enerji dolu və yaradıcı olurlar.publika