Suriya-İordaniya sərhədində suriyalı qaçqınların məskunlaşdığı əl-Rakban düşərgəsində baş verən partlayışda ilkin məlumata əsasən 4 nəfər ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayıcı qoyulmuş avtomobilin partladılması nəticəsində çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, qaçqın düşərgəsində 70 min ailə yaşayır.