Yeni il gecəsi İstanbulda ikinci terror aktının törədilməsi planlaşdırılmışdı.

Unikal.org xəbər verir ki, bunu "Reina gecə klubunda qətliam törədən İŞİD terrorçusu Abdulkadir Maşaripovun telefonu və kompüterində olan yazışmalar ortaya çıxarıb.

Lakin ikinci bir terror hücumunu həyata keçirmək mümkün olmayıb. Polis yazışmalara əsasən, "Reina terrorçusu ilə ikinci terror hücumunu həyata keçirməyi planlaşdıran şəxsin İstanbulda bir avtobus dayanacağında görüşdüyünü müəyyənləşdirib.

Görüş dekabrın 26-da İŞİD-in Rakka əmirinin verdiyi təlimatla təhlükəsizlik kameralarının olmadığı bir dayanacaqda keçirilib. Polisin məlumatına görə, Rakka əmiri ilk hücumun Maşaripov tərəfindən edilməsini istəyib. İkinci terrorçu isə başqa bir nöqtədə hücuma hazırlaşıb.

Polis hazırda ikinci terrorçunun izinə düşmək üçün Maşaripovun olduğu bütün yerlərin görüntülərini əldə etməyə çalışır.