Sakit okeanda, Papua-Yeni Qvineyada 8 maqnitudalı zəlzələ baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, yerli vaxtla saat 04.30 (Bakı vaxtı ilə saat 08.30) radələrində baş verən zəlzələnin ocağı Buqnevil regionunun inzibati mərkəzi Arava şəhərindən 36 km şimal-qərbdə 167,5 kk dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.