Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Unikal.org FHN-ə istinadən bildirir ki, yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.