Meksikanın Mansanilyo şəhərində(Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlərin qaçırılmış taksidə aşkar edildiyi bildirilir.

Ötən həftə Çilpansinqo şəhərində avtomobildə başı kəsilmiş 6 nəfərin meyiti tapılıb.

İlkin ehtimala görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub.