Ötən həftə Hyustonda xəstəxanaya yerləşdirilən ABŞ-ın sabiq prezidenti Corc Buşun vəziyyəti yaxşılaşıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 92 yaşlı C.Buş yanvarın 27-də evə buraxılacaq.
Qeyd edək ki, yanvarın 18-də ABŞ-ın 41-ci prezidenti pnevmoniya ilə əlaqədar Hyuston xəstəxanasının reanimasiya şöbəsinə köçürülmüşdü. C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.