Xətaidə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 370 m² olan taxta sexinin içərisinə yığılmış taxta məlumatları 10 m² və dam örtüyü 2 m² sahədə yanıb.

Sexin qalan hissəsi və digər sexlər yanğından mühafizə olunub. Yanğın saat 07:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.