Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə Gədəbəy rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 23-də axşam saat 19 radələrində rayonun Çaldaş kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü İbrahimov Emin Nadir oğlu babasına məxsus tikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.