Abşeron rayonunda yük avtomobili qəza törədib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, "DAF" markalı yük avtomobilinin sürücüsü yuxuladığından idarəetməni itirib. Nəticədə yük avtomobili yol ayırıcındakı dəmir arakəsməyə çırpılıb. Yük avtomobili 100 metrədək dəmir arakəsməni dağıdaraq dayanıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.