Nazirliyin idarə rəislər Habil Məmmədov, Azər Qurbanov və onun müavini Elçin Mustafayev üçlüyü sahibkarları ayağa qaldırıb
Vergilər Naziri Fazil Məmmədovun müşaviri Habil Məmmədovun fəaliyyəti ciddi narazılığa səbəb olub.
Bu barədə mediada kifayət qədər faktlar yer alıb. Belə ki, Vergilər departamentinin rəisi vəzifəsini icra edən Habil Məmmədov, İstehsal sahəsi üzrə audit idarəsinin rəisi Azər Qurbanov və onun müavini Elçin Mustafayev üçlüyünün yaratdığı qruplaşma xüsusən qanunsuz əməlləri ilə seçilir. Adıçəkilən şəxslər açıq şəkildə indiki çətin durumda ölkədəki vəziyyəti da ha ağırlaşdırırlar. Dövlət başçısının tapşırıqlarının əleyhinə fəaliyyət göstərə bu qruplaşma ölkədə narazılıq yaratmaqda maraqlıdırlar.
Məlumat üçün xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. Eyni zamanda, prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.Prezidentin çıxışından sonra dövlət qurumlarında qanunsuz yoxlamalar, süni əngəllər dayandırılsa da, cari ilin əvvəllərindən etibarən bəzi işbazlar yenidən köhnə adətlərinə qayıdıblar.
Habil Məmmədov, Azər Qurbanov və Elçin Mustafayevin qanunsuz əməllərinin qurbanına çevrilən sahibkarların unikal.org-a verdiyi məlumata görə, indiyə kimi daş karxanaları və digər bu kimi obyektlərdən rəsmi vergi ödəmələrindən əlavə illik 100 min manat rüşvət Amma hazırda qeyri-rəsmi ödənişlər 30 faiz qaldırılıb. Yəni, 150 min manat "haqq"a verənlərdən 195 min manat alınır. Sahibkarların sözlərinə görə, Vergilər departamentinin rəisi Habil Məmmədov, İstehsal sahəsi üzrə audit idarəsinin rəisi Azər Qurbanov, onun müavini Elçin Mustafayev, Eldar Mahmudov ənənələrinə sadiqlik nümayiş etdirərək sahibkarları soymaqla məşğuldurlar.
Prezident İlham Əliyev dəfələrlə qanunsuz yoxlamalara, iş adamlarına qarşı haqsızlığa son qoymağı tələb edib. Dövlət başçısı həmçinin, sahibkarları incidən məmurların ciddi şəkildə cəzalandırılacağını bildirib. Amma Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, nazirliyin audit departamentinin müdiri Habil Məmmədov prezidentin tapşırığına əməl etməkdən yayınırlar.
Görünən odur ki, dövlət başçısının "sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır, yəni başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək və bizim məqsədimiz bundan ibarətdir. Mən artıq müvafiq qurumlar qarşısında vəzifə qoymuşam. Bizim bütün cari xərclərimiz qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılmalıdır", - sözləri Vergilər Nazirliyinə, xüsusən Habil Məmmədov, Elçin Mustafayev və Azər Qurbanova təsir etməyib.
Bu qanunsuz işdə Habil Məmmədova rəis müavini Nəsimi Cəfərov, Sənaye və tikinti materiallarının pərakəndə satışı üzrə audit idarəsinin rəisi Vüqar Rzayev, Digər pərakəndə ticarət sahəsi üzrə audit idarəsinin rəisi Emil Xanməmmədov yaxından yardım edib. Onlar daş karxanalarının sahiblərinə qoyulan "xərac"ın vaxtı-vaxtında çatmasına nəzarət edirlər, əks halda, sahibkarların şəxsi vərəqlərindən pulları silib, öz qanunsuz gəlirlərini təmin edirlər. Sahibkarların dediklərinə görə, qeyri qanuni tələb olunan 195 min manat Habil Məmmədovun göstərişi ilə xüsusi hesablara köçürülür. Qeyd edilən məbləğ ödənilmədikdə isə sahibkarlar həbs ediləcəkləri ilə hədələnirlər.
Orxan Həsənli