Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu telefon danışığı zamanı Astanada davam edən Suriya danışıqlar prosesini müzakirə edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.
Qeyd edək ki, Suriya münaqişəsi ilə bağlı danışıqlar ötən gün başlayıb. Prosesdə Suriyanın hökumət və müxalifət nümayəndələri, Rusiya, Türkiyə və İran rəsmiləri, eləcə də BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura iştirak edirlər.