Bakı sakini dələduzluqla üzləşib.

Unikal.org Report-a istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü Əhməd Abusət oğlu Əhmədov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2009-cu ildən 2014-cü ilədək Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Orxan Heydərov adlı şəxs ondan 85 min manat dəyərində fotokamera avadanlıqları alıb, lakin indiyə qədər pulunu odəməyib.

Faktla bağlı araşdırma aparılır.