Elan kolesa.kz avtomobil portalında yerləşdirilib.
Unikal.org xəbər verir ki, satıcı avtomobilin tamamilə bərpa edildiyini bildirib. Avtomobilin qiyməti 200 milyon tengədir (təxminən 1 milyon 100 min dollar).
Elanda göstərilib ki, 1956-cı il istehsalı olan ZİS-110 6 litrlik mühərrikə və mexaniki sürət qutusuna malikdir. Qara rəngli avtomobilin salonu dəridən ibarətdir.
Məlumdur ki, ZİS-110 keçmiş SSRİ lideri İosif Stalin üçün xüsusi olaraq yaradılmışdı. Avtomobilin konstruksiyası Stalinin çox xoşuna gələn ABŞ-ın "Pakkard avtomobilinə oxşardır.
ZİS-110 II Dünya müharibəsindən sonrakı ilk avtomobilidir. 13 illik istehsal tarixində (1945-1958) bütün modifikasiyaların 2089 nüsxəsi buraxılıb.