Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclası başlayıb.

Unikal.org xəbər verir ki, iclasda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmamış müddəaları, eləcə də Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq üzrə məsələlər müzakirə olunacaq.

İclası giriş nitqi ilə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov açıb.
Qeyd edək ki, iclasda həmçinin Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bradçikov, İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova və Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Muradgeldi Atajanov iştirak edirlər.