"Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi bunun bariz bir nümunəsidir.

Unikal.org xəbər verir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası haqqında dövlət başçısı tərəfindən sərəncamın verilməsi alqışlanmalıdır:

"Bunu bütün Azərbaycanın qələbəsi kimi dəyərləndirirəm. İnanıram ki, bütün torpaqlarımız işğaldan azad olunacaq. Azad olunmuş torpaqlarda sosial obyektlər, vətəndaşlar üçün infrastruktur tikilib qurulacaq. İşğal olunmuş ərazilər azad olunduqdan sonra bu quruculuq işləri davam etdiriləcək.