Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata buraxılıb.

Unikal.org xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.

Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadə "Hərbi xidmətkeçmə haqqında" əsasnamənin 156-cı maddəsinin "b" bəndinə əsasən (yaşa görə) Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb.