"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.
Unikal.org-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevbununla bağlı fərman imzalayıb.
Dəyişikliyə əsasən, Nəqliyyat Nazirliyinə dəmir yolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə "İcbari sığortalar haqqında qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək funksiyası verilib.