"Türk Hava Yolları" (THY) güclü qar yağması səbəbindən İstanbul aeroportlarında 463 daxili və beynəlxalq reysi ləğv edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ləğv edilmiş reyslərə biletlər il ərzində digər tarixlərdə olan uçuşlar üçün istifadə edilə bilər.

Qeyd edək ki, bu gün səhər saatlarından İstanbula güclü qar yağır.