Rusiya Prezidenti Vladimir Putin ölkənin bir sıra mədəniyyət və ictimai xadimini dövlət mükafatları ilə təltif edib.
Unikal.org xəbər verir ki, təltif olunanlar arasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, kino aktyoru Vasili Livanov və "KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakov da yer alıb.
M.Zaxarova "Dostluq" ordeni ilə təltif edilib.
Şerlok Holms rolu ilə məşhurlaşmış aktyor V.Livanov isə "Şərəf" ordeninə layiq görülüb.