Milan Baş Prokurorluğunda İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə qarşı istintaq işi başlanıb.

Unikal.org-un "Gazeta.ruya istinadən verdiyi məlumata görə, o, azyaşlı qızların seks xidməti ilə bağlı cinayət işində şahidləri pulla almaqla şübhəli bilinir.

İstintaq materiallarına görə, Berluskoni öz şəxsi mühasibi Cuzeppe Spinelliyə tapşırıb ki, qızlara pul verərək onları bu yolla onun əleyhinə ifadə verməkdən yayındırsın.

Qeyd olunur ki, Spinelli 2016-cı ilin sentyabrından 4 qıza 2-3 min avro miqdarında 10 dəfə maliyyə tranşı göndərib.