171 saylı orta məktəbin direktoru Telman Qardaşovun oğlu Turqay Qardaşov atasının ölümünü ATV-də gedən "Yoxlama verilişi ilə əlaqələndirir. 

Unikal.org-un məlumatına görə, Turqay İstiPress-ə danışaraq bildirib ki, həmin verilişdən sonra atası çox əsəbiləşib.

ATV-nin qalmaqallı verilişi Bakıda məktəb direktorunun ölümünə səbəb oldu - ŞOK
"Həmin verilişdən sonra atam çox əsəbləşmişdi. Daha sonra isə uşaqların valideynləri atamı əsəbləşdirdi. Həkim dedi ki, əsəbdən insult olub. Atamın ölüm səbəblərindən biri də, həmin veriliş oldu"

Qeyd edək ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və veriliş qalmaqalla yekunlaşıb.