Güclü qar və yolların buz bağlaması Bakı-Sumqayıt şossesində zəncirvari qəzaya səbəb olub.

Unikal.org xəbər verir ki, qəza nəticəsində bir neçə avtomobil toqquşub.

Toqquşan avtomobillərdən ikisiyolun kənarındakı maneələrə çırpılıb.

Qəza Bakı-Sumqayıt yolunda tıxaca səbəb olub.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları gəlib.