Ağsu rayonunda intihar hadisəsi baş verib. 

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Bico kənində qeydə alınıb. Kənd sakini 1985-ci Abdullayev Kamil Hüseyn oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.
Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.