Yanvarın 27-də Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazidəki fermada işləyən Bərdə rayon sakini Zahid Əliyev ov tügfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən başından xəsarət alıb və hadisə yerində ölüb.

DİN-dən unikal.org-a verilən xəbərə görə, Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Araşdırma aparılır.