Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Qasımzadə Rövşən Ələsgər oğlu Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin may ayında ona qarşı dələduzluq edilib. R.Qasımzadə qeyd edib ki, 1977-ci il təvəllüdlü Mahmudov Araz Ucal oğlu onu aldadaraq 30 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.