Şəmkirdə kütləvi dava olub.
Unikal.org Apa-ya istinadən xəbər verir ki, dava rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.
Bir neçə nəfərin dalaşdığı hadisə zamanı kənd sakini 1971-ci il təvəllüdlü İsmayıl Hüseynov və onun əmisi oğlu 1963-cü il təvəllüdlü Ələmdar Hüseynov müxtəlif bədən xəsarətləri alaraq, Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdiriliblər. Onlara dərhal tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.