Xaçmaz rayonunda yol qəzası baş verib.

Unikal.org-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytı xəbər verib.

Məlumata görə, vətəndaşa məxsus "VAZ markalı minik avtomobili ilə "URAL markalı motosikletin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində motosikletin yanar hissələri yanıb. Minik avtomobili yanğından mühafizə olunub.

Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.