Xaçmaz rayonunda iki nəfər dəm qazından boğulub.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rza oğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüblər.

Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırma aparılır.