Yanvarın 25-də Bakıda Ruhi-Əsəb Dispanserində vəfat edən qadının ölüm səbəbi müəyyənləşib.
Unikal.org lent.az-a istinadən xəbər verir ki Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində yatağındaca ölən 52 yaşlı Tatyana Dmitriyevanın ağ ciyər çatışmazlığından həyatını itirdiyi məlum olub.
T.Dmitriyevanın ailəsi və ya yaxınlarından kimsə tapılmadığından o, Bakıdakı kimsəsizlər məzarlığında dəfn edilib.