Türkiyənin 81 vilayətinin siyasi və hüquqi işlərdən məsul şəxsləri paytaxt Ankaraya çağırılıb

Türkiyədə hakim Ədalət və İnkişaf partiyası(AKP) konstitusiyaya ediləcək dəyişikliklərə dair keçiriləcək referendumda xalqdan güclü dəstək almaq məqsədilə səfərdərlik elan edib.

Unikal.org-un məlumatına görə, referenduma hazırlıq məqsədilə səfərbərliyə başlayan AKP prezident üsuli-idarəsi sistemi ilə xalqı yaxından tanış etmək niyyətinədir.
İlk mərhələdə Türkiyənin 81 vilayətinin siyasi və hüquqi işlərdən məsul şəxsləri paytaxt Ankaraya çağırılıb.
Daha sonra başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım olmaqla AKP-nin səlahiyyətli şəxsləri meydanlara çıxaraq xalqla birbaşa təmas quracaq və prezident üsuli-idarəsi sisteminin ölkə üçün hansı faydaları verəcəyi barədə milləti məlumatlandırmağa çalışacaqlar.


Xatırladaq ki, saha əvvəl R.T.Ərdoğan bəyan etmişdi ki, fevral ayında meydanlarda xalqla görüşəcək.