Bakıda 30 yaşlı qadını avtomobil vurub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Rəşidova Gülnar Hümmət qızını "VAZ 2107" markalı avtomobil vurub. Qadın ağır xəsarət alıb.

G.Rəşidova xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.